Molla yoldaşları ilə bərabər çayda balıq tutmağa gedir. Balıqları
tutub qaba qoyduqca, yoldaşları qəsdən oğurlayıb öz qablarına yığırlar.
Axırda yığışıb getmək istəyəndə Molla baxır ki, qabda bir dənə də balıq
yoxdu. Üzünü çaya tutub deyir:
– Üzümə niyə baxırsan? Boş gəldim, boş da gedirəm. Daha boynuma
minnət-zad qoyma!
Top