Günlərin birində Mollagilə bir neçə qonaq gəlir. Molla arvada deyir:
– Arvad nə eləyək?
Arvad deyir:
– Nə eləyəcəyik? Yumurtamız var, yağımız var. Qayğanaq bişirib
qoyarıq qabaqlarına.
Bəli, arvad qayğanağı bişirib gətirir. Qonaqlardan biri deyir:
– Bir az da qatıq olsaydı nə yaxşı olardı?
Molla durub gedir mətbəxə ki:
– Arvad, qonaqlar qatıq da istəyirlər, nə eləyək?
Arvad deyir:
– Nə eləyəcəyik? Baqqalın yanına bir əmanət göndərək, qatıq
alaq, sonra pulumuz olanda verib əmanəti geri alarıq da... Daha qonağı
narazı sala bilmərik ki...
Molla baqqalın yanına əmanət göndərib borca qatıq alır, qonaqlara
verir. Elə ki yeyib doyurlar, qonaqlardan biri deyir:
– Dünyada ən yaxşı qonaq odur ki, evdə olanla kifayətlənsin. Ev
sahibini borca-xərcə salmasın. Belə qonağın ruzisi də həmişə başının
altında olar. Biz də evdə olanla kifayətləndiyimiz üçün Allah ruzimizi
yetirdi.
Molla deyir:
– Siz də çox yaxşı qonaqsınız, Allahınız da çox yaxşı Allahdır. Pis
elə bizim əmanət idi ki, qismət oldu baqqala.
Top