Gecələrin birində Molla arvadına tapşırır ki:
– Səhər məni tezdən oyat. İşim var, şəhərə gedəcəyəm.
Səhər arvad Mollanı oyadır. Ev hələ qaranlıq olduğuna görə Molla
bilməyib öz papağının əvəzinə oğlunun papağını qoyub çıxır. Bir xeyli
gedəndən sonra əlini atıb başına papağı götürür, baxır ki, oğlununkudu.
Oradan düz evə qayıdır. Başlayır arvadı danlamağa ki:
– Sənə demədim məni oyat?
Arvad deyir:
– Dedin.
Molla papağı göstərib deyir:
– Bəs niyə mənim əvəzimə uşağı oyadıbsan?
Arvad məsələni başa düşür. Tez onun öz papağını tapıb qoyur
başına ki:
– Aha, səni oyatdım. Di yeri get!
Top