Teymur Ləng bir gün Molla Nəsrəddini qorxutmaq və utandırmaq
məqsədilə saray adamlarının içində birdən-birə üzünü ona tutub
hirsli-hirsli deyir:
– Aldığım məlumata görə, dünən bir məclisdə camaat məni tərifləyirmiş,
mənim ədalətli bir padşah olduğum barədə danışırmışlar.
Sən də orada imişsən. Mənim yaxşılığım barədə heç bir söz deməyibsən.
Molla heç halını pozmadan cavab verir:
– Xeyir, qibleyi-aləm sağ olsun! Yalan sözdür. Mən nəinki dünən,
hətta bütün ömrümdə heç elə bir məclisdə olmamışam ki, orada sənin
ədalətindən danışsınlar.
Top