Molla bir gün yağ, düyü alıb arvada tapşırır ki:
– Arvad, gəl biz də bir şeytanın qıçını sındıraq. Bu axşam bir yaxşı
plov bişir, yeyək.
Arvad plov bişirir. Axşam Molla gəlir, əl-ayağını yuyub, çökür
süfrənin başına. Arvad plovu çəkib gətirir. Molla keyfi saz, damağı
çağ, elə əlini plova uzadanda qonşunun uşağı qaça-qaça gəlir ki:
– Molla əmi, tez bir bizə gəl, anam səni çağırır. Deyir ki, day ondan
başqa bizim heç kəsimiz yoxdu.
Molla əlini xörəkdən çəkib durub gedir. Plov qalıb soyuyur. Haçandan-
haçana Molla qaşqabaqlı qayıdıb gəlir. Arvad soruşur:
– A kişi, nə var, nə olub?
Molla deyir:
– Nə olacaq? Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. Ömrümüzdə
bir dəfə ər-arvad deyə-gülə bir plov yeyəcəkdik, onda da qonşunun
eşşəyi quyruqsuz supa doğdu.
Top