Mollanın köhnə, yırtıq bir kilimi var imiş. Bir gün çörək pulu olmadığından
əlacsız qalıb kilimi aparır bazara satmağa. Müştərilər baxıb
deyirlər:
– Bu ki dəlik-deşikdi. Bunu alıb nə eliyəcəyik?
Molla deyir:
– Dəlik-deşik olmağına baxmayın, əntiqə maldı. Bax, bu saat bunun
içi dolu idi yun ilə, heç bir dənəsi də yerə düşməmişdi.
Top