Bir nəfər Mollanın yanına gəlir. Salam verib, salam aldıqdan sonra
başlayır söhbətə. Molla bir-iki saat bu adamla çox şirin-şirin söhbət
eləyəndən sonra soruşur:
– Ancaq sizi heç tanımadım. Siz kimsiniz?
Kişi soruşur:
– Bəs tanımadınsa, niyə elə şirin-şirin danışırdın?
Molla deyir:
– Baxdım ki, papağın papağımdandı, paltarın paltarımdan. Odu ki,
səni özüm bilib danışdım.
Top