Günlərin birində Molla bir iş üçün bir başqa şəhərə gedir. Bazarda
gəzdiyi vaxt bir nəfər ona yaxınlaşıb soruşur:
– Ay qardaş, bu gün nə günüdü?
Molla deyir:
– Bala, mən bu şəhərə bu gün gəlmişəm, hələ günlərini öyrənməmişəm.
Yaxşı olar ki, buradakılardan soruşasan, onlar yaxşı bilərlər.
Top