Bir gün Molla evinə getdiyi vaxt yolda uşaqlardan biri onun əmmaməsini
başından götürüb qaçır. Molla eşşəkdən düşüb başlayır uşağı
qovalamağa. Uşaq görür ki, Molla bunu tutacaq, əmmaməni atır yoldaşlarından
birinə. O buna, bu ona, uşaqlar yığışırlar. Əmmamə başlayır
göydə oynamağa. Molla baxır ki, əmmaməni almaq mümkün olmayacaq,
eşşəyi minib düşür yola. Yolda qonşulardan biri ona rast gəlib
soruşur:
– Molla, bu nədi? Əmmamən hanı?
Molla deyir:
– Uşaqlığı yadına düşmüşdü. Getdi uşaqlarla oynamağa.
Top