Teymur Ləng bir gün Molla Nəsrəddini özü ilə bərabər hamama
aparır. Teymurun belində çox qiymətli bir fitə var imiş. Yuyunduqları
vaxt oradan-buradan söhbət eləyirlər, axırda Teymur Molladan soruşur:
– Molla, mən necə adamam? Qiymətli adamam, yox?
Molla bir az fikirləşib cavab verir:
– Niyə, bir on tümənə dəyərsən.
Teymur deyir:
– Ay evin tikilsin, on tümən elə mənim belimdəki fitənin qiymətidir.
Molla deyir:
– Elə mən də fitəyə qiymət verirəm də...
Top