Bir gün Molla meydanda dayanıb bir neçə dostu ilə söhbət eləyirmiş.
Dostlarının yanında onu utandırmaq istəyən bir nəfər cibindən bir
qızıl çıxardıb deyir:
– Molla, səndə pul olar, bunu bir xırdala, lazımdı.
Molla dostlarının yanında"pulum yoxdu" deməyə utanaraq deyir:
– Heç indi yeridi? Görürsən söhbətimiz var də...
Kişi əl çəkmir ki:
– Yox, Molla əl çəkəsi, deyiləm. Gərək xırdalayasan.
Molla qızılı alır, o yana bu yana çevirib, baxıb deyir:
– Yox, qardaş oğlu, bu qızıl əskikdi. Mən buna on manat verə
bilmərəm.
Kişi deyir:
– Eybi yoxdu, neçə verirsən ver, ancaq xırdala! Çox lazımdı.
Molla görür ki, bu əl çəkməyəcək, deyir:
– Bilirsən?.. Bu belə çox əskikdir ey... Sən gərək bu qızılı mənə
verəndən sonra bir altı şahı da üstündə verəsən ki, hesablaşaq.
Top