Mollanı bir başqa şəhərə qonaq aparırlar. Bir neçə gün hörmət elədikdən
sonra axırıncı gün soruşurlar:
– Molla şəhərimizi necə gördün? Xoşuna gəldimi?
Molla, deyir:
– Çox xoşuma gəldi. Özü də lap bizim şəhərin doğmaca qardaşıdı.
Soruşurlar:
– Necə yəni doğma qardaşıdı?
Molla deyir:
– Balam, şəhəriniz gecələr bizim şəhər kimi qaranlıq olur. Gündüzlər
bizim şəhər kimi işıqlı olur. Ayınız bizimki kimi, ulduzlarınız
bizimki kimi, günəşiniz də bizimki kimi. Daha qardaş necə olar?
Top