Günlərin birində Molla bir dostu ilə bazardan keçirmiş. Bir də baxırlar
ki, iki kişi bir-birilə savaşır. Dostu Mollaya deyir:
– Gəl gedək aralayaq!
Molla da razılaşır. Lap yaxına çatanda savaşanlar ayrılırlar. Biri o
birinə deyir:
– Mən səni indiyə kimi yaxşı tanımamışam. Sən lap eşşək imişsən ki...
O biri də dönüb cavabında deyir:
– Mən eşşəyəmsə, sən də qoduxsan.
Molla Nəsrəddin işi belə görəndə dostunun qolundan çəkir ki:
– Gəl gedək! Bunlar dədə-bala çıxdılar. Daha savaşmazlar.
Top