Günlərin birində Mollanın həyətinə bir öküz girib gülləri ayaqlayır.
Molla əlinə bir ağac alıb, düşür öküzün dalına. Ancaq öküz qaçıb
əldən çıxır. Bir neçə gündən sonra Molla bir də baxır ki, həmin öküzü,
budu, yiyəsi qoşub arabaya sürür. Molla dəyənəyi qapıb düşür öküzün
üstünə, vur ki, vurasan. Öküz sahibi qışqırır:
– Ay Molla, nə qayırırsan, öküzü niyə döyürsən?
Molla deyir:
– Sən qıfılla! O özü bilir niyə döyürəm. Bax gör nə başını aşağı
salıb...
Top