Bir gün Molla bazardan evə gəlirmiş. Görür ki, qonşu uşaqlarından
biri burnunu tutub ağlayır. Molla uşağın yanına gəlib soruşur:
– Nə olub, bala, niyə ağlayırsan?
Uşaq kənarda duran bir az özündən böyük uşağı göstərib deyir:
– O uşaq mənim burnumu dişlədi.
Molla uşağa tərəf dönür. Uşaq tez qayıdır ki:
– Yalan deyir, özü dişlədi.
Molla hirslənir ki:
– Kəs, ədəbsiz! Niyə, o dəvə deyil ki, özü öz burnunu dişləyə?
Top