Molla bir gün gəlib çıxır minarəyə. Nə qədər gücü var bir dəfə
ucadan qışqırır, sonra tələsik minarədən düşüb başlayır çölə tərəf qaçmağa.
Yoldan keçənlər onun belə təngnəfəs qaçdığını görüb soruşurlar:
– Molla, nə olub, hara belə qaçırsan?
Molla deyir:
– Qaçıram görüm səsim haracan gedir?
Top