Teymur Ləng bir gün söhbət əsnasında Molladan soruşur:
– Molla, cənnət böyükdür, ya cəhənnəm?
Molla deyir:
– Cənnət böyük olar.
Teymur soruşur:
– Nədən bilirsən ki, cənnət böyük olar?
Molla deyir:
– Çünki kasıb dövlətlidən çoxdur. Əgər cənnət haqqında deyilənlər
doğru çıxsa, bu dövlətlilər ki, bu dünyada belə işlər görürlər, mən
heç inanmıram ki, ora bircə nəfər də olsun dövlətli gedə bilə.