Mollanın tanışlarından biri pəncərəsiz evdə yaşayırmış. Yazıq həmişə
evin günəşsizliyindən şikayət edərmiş. Bir gün Mollaya rast gəlib
söhbət əsnasında deyir:
– Ay Molla, sən bir ağıllı adamsan. Mənim evim günəş üzünə həsrət
qalıb axı... Bir balaca da olsun evə gün düşmür. Mən necə eləyim?
Molla fikirləşir, fikirləşir, axırda deyir:
– Yaxşı, bostanına günəş düşürmü?
Kişi deyir:
– Düşür.
Molla deyir:
– Onda evini köçürt bostana.
Top