Molla cüt sürdüyü zaman qayış qırılır. Molla tez əmmaməsini açıb
dördqat eləyir, qayış yerinə bağlayır. Elə öküz bir dəfə güc vercək qırılır.
Molla dörd parça olmuş əmmaməsini götürüb, baxıb deyir:
– Şənin, şöhrətin dünyanı götürüb. Həmişə mollaların, axundların
başında gəzirsən. Söz-sözə gələndə qayışı bəyənməzsən. Amma bax,
onun aylarınan, illərinən dözdüyünə bircə saat da dözə bilmədin.
Top