Molla bir gün yol ilə gedirmiş, qabağına bir xəndək çıxır.
Ətəklərini yığışdırıb tullanır, ancaq o tərəfinə düşə bilməyib ortasına
düşür. Öz-özünə deyir:
– Ax, cavanlıq, cavanlıq!.. Olaydı cavanlıq...
Sonra bir o tərəfə, bir bu tərəfə baxıb görür ki, heç kəs yoxdu, deyir:
– Amma öz aramızdı, heç cavanlıqda da bir zibil deyildim.
Top