Bir gün Molla qızarmış toyuq yeyirmiş. Bir nəfər bunu görüb Mollaya
yanaşır ki:
– Molla, ondan bir az da mənə ver!
Molla deyir:
– Mənim deyil, arvadımındı.
– İndi ki, sən yeyirsən?
– Mən yeyəndə nə olar? Verəndə tapşırıb ki, heç kəsə vermə, özün ye!
Top