Aldığı şeyi geri qaytarmayan qonşularından biri bir gün gəlib Molladan
bir örkən istəyir. Molla deyir:
– Bu saat. Dayan qapıda, gedim gətirim.
Qonşu gözləyir, gözləyir, handan-hana Molla gəlir ki:
– Ay filankəs, vallah, örkənin üstünə arvad buğda sərib.
Qonşu təəccüblənib soruşur ki:
– Ay Molla, bu nə sözdü. Heç örkənin də üstünə buğda sərərlər?
Molla deyir:
– Niyə sərmirlər ki... Vermək istəməyəndə lap arpa da sərərlər.
Top