Molla bir gün çöldən gəlirmiş. Kəndə girhagirdə qüvvətli bir zəlzələ
olur. Molla tez eşşəkdən düşüb dua eləməyə başlayır. Görənlər
soruşurlar:
– Molla, nə olub? Bu nə şükür-duadı?
Molla deyir:
– Siz bilmirsiniz. Bu zəlzələni ki mən gördüm, bizim evimizdə o
qeyrət yoxdu buna tab gətirsin. İndi yəqin ki, yerlə yeksan oldu. Ona
dua eləyirəm ki, yaxşıdı, mən evdə deyildim. Əgər evdə olsaydım, ölməsəydim
də indi qorxudan bağrım çatlamışdı.