Bir gün bir cavan oğlan Mollanın yanına gəlib deyir:
– Molla əmi, mənim üçün bir məktub yaz.
Molla soruşur:
– Nə məktub?
Cavan deyir:
– Atama göndərəcəyəm.
Molla soruşur:
– Atan haradadı?
Cavan deyir:
– Bağdadda.
Molla deyir:
– Bağışla, bala, vallah işim çoxdu, gedə bilməyəcəyəm.
Cavan deyir:
– Hara, Molla?
Molla deyir:
– Bağdada.
Cavan deyir:
– Sən niyə gedirsən ki?.. Sənin getməyin lazım deyil.
Molla deyir:
– Yox, sən bilmirsən, lazımdı. Mənim yazdığım məktubu özümdən
başqa heç kəs oxuya bilməz. Məktubu yazdım, gərək oxumaq
üçün də özüm gedəm. Odu ki, indi vaxtım yoxdu, gedə bilmərəm.
Top