Teymur Ləng öz dövlət quruluşunun bütün xərclərini dəfələrlə soyulan
yoxsul kəndlilərdən alırdı. Töycü-töycü üstündən gəlirdi. Vergilərin
haqq-hesabı yox idi. Molla Nəsrəddinin yaşadığı kəndin əhalisi
də başqaları kimi soyulurdu. Axırda Molla Nəsrəddin bu zülmə tab
gətirə bilməyib Teymurun yanına gəlir və onun qarşısına bir çox ağır
tələblər qoyur. Teymur Mollanın bu hərəkətindən qəzəblənərək qışqırır
ki:
– Sən nə cəsarətlə mənim kimi böyük bir padşahın yanında ağzına
söz alıb danışırsan?
Molla heç halını pozmadan deyir:
– Qibleyi-aləm sağ olsun! Çox da böyük-böyük deyib bizə hədəqorxu
gəlmə! Sən böyüksənsə, biz də kiçiyik. Yadından çıxartma ki,
kirpinin də hər təpəfi tikandır, amma balaca qarışqa onun dədəsini
yandırır.
Top