Yenə də bir gün Molla meşədə odun qırarkən əl-ayağının soyuduğunu
görüb uzanır yerə. Bir neçə saatdan sonra çobanlar onu orada görüb,
kəndə xəbər aparırlar. Camaat tabut-zad götürüb gəlir ki, Mollanın
ölüsünü aparsın. Bəli, ədəb-ərkanla kişini tabuta qoyub götürürlər.
Yolun bir yerində getdikləri yol iki yerə ayrılır. Adamların arasında
mübahisə düşür. Bir neçəsi deyir: "O yol ilə gedək". Mübahisənin çox
uzun sürdüyünü eşidən Molla Nəsrəddin tabutdan başını qaldırıb deyir:
– Mən diri vaxtımda həmişə bu yol ilə gedərdim.
Top