Teymur Ləng bir gün şəhər hakiminin işlərini yoxlayır. Camaatdan
az vergi yığdığına, yığdıqlarını da vergi dəftərinə düzgün salmadığına
görə hirslənib bütün vergi dəftərlərini hakimə yedirtdirir sonra onun
yerinə Mollanı təyin eləyir.
Bir neçə vaxtdan sonra Teymur Mollanın işlərini yoxlamaq üçün
adam göndərir ki, dəftərlərini də götürüb gəlsin. Molla gəlir. Teymur
görür ki, Molla bütün işləri parça-parça çörəklərdən qayrılmış bir dəftərə
yazıb. Hirslənib soruşur:
– Məmləkətdə kağız tapılmır? Bu nədir?
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Mən yaxşı bilirəm ki, sən hirslənib bu
dəftəri mənə yedirdəcəksən. Mənim də mədəm o keçən hakimin mədəsi
kimi qüvvətli deyil ki, o qədər kağız-kuğuzu əridə bilə. Ona görə
də əvvəldən işimi ehtiyatlı tutmuşam.
Top