Bir gün Molla keyfinin kök çağında bir-iki dostunu tutur ki:
– Gedək bizə, sizə bir yaxşı plov verəcəyəm.
Hamısı bir yerdə gəlirlər Mollanın evinə. Molla qonaqları rahat
edəndən sonra o biri evə girib arvada deyir:
– Arvad, qonağım var, bir yaxşı plov bişir.
Arvad deyir:
– Ay kişi, xərifləmisən nədi? Hanı bizim yağımız, düyümüz ki,
plov da bişirəm.
Molla evdə heç bir şey olmamağına pərt olub, arvada deyir:
– Arvad, ürəyini sıxma. Olanda bişirərsən. Mollanın belə pərt olmağına
arvadın da ürəyi sıxılır. Ağlamsınaraq deyir:
– Yaxşı, bəs indi nə deyəcəksən?
Molla heç halını da pozmur. Əlini atıb plov qazanını yerdən götürür,
qonaqların yanına gəlir ki:
– Dostlarım, kefinizi kök saxlayın. Əgər evimizdə yağ ilə düyü
olsa idi, sizə, bax, bu qazan ilə bir plov verəcəkdim.
Top