Bir gün bir məclisdə xörəkdən söhbət düşür. Hərə öz sevdiyi xörək
haqqında danışır. Bir tərəfdə əyləşən Molla da söhbətə qarışıb deyir:
– Dünyada ən yeməli xörək halvadı. Ancaq, zəmanənin üzü qara
olsun, neçə vaxtdı elə ha əlləşirəm, bişitdirib yeyə bilmirəm.
Məclisdə olanlardan biri Mollanın sözünü eşidib deyir:
– Ay Molla, halva da bir çətin şey deyil ki... Bir az yağdı, bir az bal,
bir az da un, çaldır ye də!.
Molla deyir:
– Dildə demək asandı. Ancaq unun, yağın, balın üçünü də bir yerdə
görmək çox çətin şeydi. Yağ olanda un olmur, un olanda bal olmur...
Soruşurlar ki:
– Canım, niyə bu qədər vaxtda heç elə bir gün olmayıb ki, bu un,
yağ, bal üçü də bir yığılsın?
Molla bir ah çəkib deyir:
– Mənim bəxtimə nə deyim? İş burasındadı ki, un, yağ, bal olanda
da mən olmuram.
Top