Molla bir gün axşamüstü evdə arvadından soruşur:
– Arvad, yeməyə nəyin var?
Arvad: "Heç nə. Yavan çörəkdir" – deyib, Mollanın qabağına bir
az yavan çörək qoyur. Molla bir ah çəkib deyir:
– Ax, indi bir qazan şorba olaydı, nə içərdim... Bu halda qapı açılır,
qonşunun uşağı əlində bir qab girir içəri ki:
– Atam azarlıdır, deyir şorbalarından bir qab da mənə versinlər.
Molla əlini dizinə vurub deyir:
– Pah atonnan... Adamlar nə yaman həssas olurlar ey... Zalım uşaqları
fikirdən də iy çəkirlər.
Top