Molla bir gün yol ilə gedirmiş. Baxır ki, yolun kənarındakı gölün
içi doludu ördəklə. "Bəlkə bir-ikisini tutdum" – deyə cumur gölə. Ördəklər
hamısı uçub gedirlər. Molla tez cibindən bir az çörək çıxardıb
başlayır gölün suyuna batırıb yeməyə. Bunu görənlərdən biri soruşur:
– Molla, nuş olsun! Nə yeyirsən belə?
Molla deyir:
Ördək şorbası yeyirəm. Ancaq heyif ki, bir az soyuqdu.
Top