Molla bir məclisdə ağzına bir parça saqqız alıb çeynəyirmiş. Ortalığa
çörək gələndə saqqızı çıxardıb yapışdırır burnunun ucuna.Soruşurlar:
– Molla bu nədi? Saqqızı niyə burnuna yapışdırırsan?
Molla cavab verir ki:
– Kişinin malı gözünün qabağında olmalıdır.
Top