Günün birində Molla bazardan bir neçə gül ağacı alıb gətirir. Ancaq
hər gün gülləri səhər tezdən əkib, qaranlıq düşəndə çıxardıb aparır
evinə. Bir gün bunu görən dostlarından biri soruşur:
– Molla, bu necə işdi? Gülləri niyə belə eləyirsən?
Molla deyir:
– Atalar deyiblər ki, gecə kişinin malı başı altında olmalıdır.
Top