Bir gün Teymur Ləngə bir eşşək bağışlayırlar. Mollanın da pulu
qurtarmış imiş. Teymur üzünü Mollaya tutub deyir:
– Hə Molla, danışmırsan?.. Yoxsa bu eşşəkdə istedad yoxdur?
Molla işıq yeri görüb tez cavab verir:
– Niyə yoxdur, qibleyi-aləm sağ olsun?! Bu ondan da zəkalı heyvandır.
Əgər bunu mənə versəniz mən ona lap adam kimi danışmaq
öyrədərəm.
Temur çox maraqlanıb deyir:
– Yaxşı, verirəm. Şərtini de!
Molla deyir:
Şərtim bir az ağırdı. Bu dəfə iş zəhmətlidir. Gərək mənə beş il
möhlət verəsən. Hər gündə bir qızıl verəsən.
Teymur razılaşır. Molla hesablayıb günə bir qızıldan beşillik maaşını
Teymurdan alır, eşşəyin də noxtasından tutub gətirir evə. Arvad
görür ki, Molla yenə bir eşşək gətirib. Soruşur:
– Ay kişi, bu nədir?
Molla deyir:
– Dinmə, arvad. Bu pulları al xərclə, görək başımıza nə gəlir? Sonra
əhvalatı arvada danışır.
Arvad deyir:
– A kişi, dəli deyilsən ki? Başına at təpməyib?.. Eşşək də danışar?..
Molla deyir:
– Arvad, mən elə bilirdim bircə Teymur sarsaqdır ki, mənim sözümə
inanıb. Demə, elə sən də onun tayı imişsən. Əlbəttə, eşşək danışmaz.
Arvad hirslənir:
– Bəs indi ki, danışmaz, niyə boynuna götürübsən?
Molla deyir:
– Qəribə sual verirsən? Görmürsən, bir anbar pul gətirmişəm?!
Arvad deyir:
– Yaxşı, bəs beş ildən sonra ki vədə tamam olacaq, onda nə cavab
verəcəksən?
Molla bir az fikirləşib deyir:
– Arvad, sarsaq olma, götür pulları evə şey-mey al!.. Allah kərimdir.
Beş ilə kimi ya eşşək ölər, ya Teymur. Elə ikisi də dünyanı tutub
durmayacaq ki?..
Top