Molla bir dəfə eşşəyini üzüm ilə yükləyib aparırmış. Məhəllə
uşaqları düşürlər dalına ki:
– Bizə də ver!
Molla baxır ki, əgər hər uşağa bir salxım versə evə bir şey getməyəcək.
Əlinə bir salxım üzüm alıb gilələyir, hər uşağın ağzına bir gilə
qoyur.
Uşaqlar deyirlər:
– Molla əmi, bəs niyə bircə gilə?.. Biz istəmirik. Çox ver!
Molla deyir:
– Ay bala, bu zəhrimarın hamısının dadı birdi. Bir gilə yedin, ya bir
salxım yedin, ləzzəti elə odu ki var. Çox yesəniz qarnınız ağrıyar.
Top