Bir gün bərk qar yağır. Kənd adamları çayxanaya yığışıb soyuqdan
şikayət edirlər. Qocalardan biri söhbətə qarışıb deyir:
– İş nə soyuqda deyil, nə qarda. Əslində insan çox nankor şeydi.
Yayda istidən şikayət eləyib sərin arzular, qışda da soyuqdan şikayət
eləyib isti arzular.
Bir kənarda oturan Molla deyir:
– Sən səhv eləyirsən. Yaxşı bahar havasına heç kəsin sözü ola bilməz.
Top