Molla bir gün meşədə odun doğrayırmış; bir də görür ki, bir ayı
başını salıb düz gəlir ona tərəf. Molla qorxudan özünü itirir. Əlləri
başlayır əsməyə, nə qədər istəyir qaçsın, ayaqları hərəkət eləmir. Baxır
ki, yox, ayı lap çatıb. Özünü bir təhər cəmləşdirib dırmaşır ağaca.
Ayı da səssiz-səmirsiz gəlib dırmaşır həmin ağaca. Molla qalxdıqca
ayı dı qalxır. Molla dırmaşır ağacın lap təpəsinə. Ayı da ağacın aralıq
budaqlarından birində dayanıb başlayır armud yeməyə. Molla gözləyir
ki, ayı doyub düşsün, sonra bu da düşsün. Ayı armudlardan birini Molla
olan tərəfə tutub başlayır baxmağa. Qorxu içərisində olan Molla, elə
zənn eləyir ki, ayı armudu ona təklif eləyir. Özünü itirib qışqırır:
– Sağ ol! Nuş canın olsun! Mən elə yemişcən varam!
Ayı bu gözləmədiyi səsdən diksinib ağacdan yıxılıb ölür. Molla
düşüb onun dərisini soyur, çiyninə atıb gətirir kəndə. Deyirlər, sonralar
ayının dərisini hamıya görsədib deyərmiş ki:
– Elə bircə həmlədə ayını boğub, diri-diri dərisini boğazından çıxartdım.
Top