Yay günlərinin birində bir dəstə uşaq ayaqlarını sallayıb oturmuş
imişlər. Birdən uşaqların biri çılpaq ayaqlara baxıb deyir:
– Dedim sizə ayaqlarımızı çaya sallamayaq. İndi hamısı qarışdı
bir-birinə. Haradan tapacayıq ki, hansı hansımızındı?..
Bunu eşitcək uşaqların arasına vəlvələ düşür. Biri deyir: hanı mənim
ayağım, o biri deyir: hanı mənim ayağım?..
Bu halda Molla da buradan keçirmiş. Uşaqların hay-küy saldığını
görüb yaxınlaşır, işin nə yerdə olduğunu başa düşüb soruşur:
– Ayaqlarınızı tapa bilmirsiniz?
Deyirlər:
– Yox, qarışıq düşüb.
Molla deyir:
– Dayanın, mən bu saat taparam.
Bunu deyib, Molla əlinə bir çubuq alır, çılpaq ayaqların hərəsinə
bir çubuq çəkir. Uşaqlar çubuğun ağrısından qışqırıb ayaqlarını sudan
çəkir və durub qaçırlar. Molla gülə-gülə deyir:
– Bax, belə taparam ha... ayaqlarınızı.
Top