Günün birində Molla qonşu kəndlərdən birinə gedirmiş. Yol üstündə
olan bostandan bir qarpız alır, kəsib yarısını yeyir, yarısını da
yerə atıb öz-özünə deyir:
– Qoy görənlər desinlər ki, bu yoldan bəy keçib.
Bir az gedəndən sonra təzədən geri qayıdır, qarpızı götürüb deyir:
– Qoy desinlər bəyin yanında nökəri də var imiş, yarısını da o yeyib.
Bir qədər də gedəndən sonra təzədən peşmanlayıb geri qayıdır,
qarpızın qabıqlarını da götürüb yeyir ki:
– Qoy desinlər bəyin eşşəyi də var imiş, qabıqları da eşşək yeyib.
Top