Birisi yenə də sataşmaq məqsədilə Molladan saatın neçə olduğunu
soruşur. İşi başa düşən Molla ona cavab vermir. Həmin adam bir də
təkrar soruşur:
– Molla, saatına bir bax, görək neçədi?
Molla deyir:
– Baxmışam, bir dənədi.
– Yox ey, belə onu demirəm. Ümumiyyətlə, saat neçədi?
Molla deyir:
– Nə bilim, ümumiyyətlə, saat neçədi? Dünya doludu saatla.
– A kişi, onu soruşmuram ey. Səndəki saat neçədi?
Molla deyir:
– Hə belə de, anlayaq da... Üç il bundan qabaq beş manata almışam.
İndi neçəyə olar bilmirəm.
– Canım, axşama nə var?
Molla deyir:
– Yeməyə bizə gələcəksən?.. Yaxşı sarımsaq-qatığımız var.
– Əşi, sən nə qəribə adamsan? Söz-zad başa düşmürsən ki... İndi
nə zamandayıq?
Molla deyir:
– Baharın orta ayında.
Kişi Mollanın ondan da hazırcavab olub, onun özünü doladığını
görür, çıxıb gedir.
Top