Gecələrin birində Mollanın evinin qabağında dava düşür. Molla
səsə yuxudan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub.
Kimsə elə o saat yorğanı onun çiynindən götürür. Qaranlıq olduğu
üçün Molla yorğanı götürəni görmür. Ora yorğan, bura yorğan, bir də
baxır ki, səs-səmir də kəsildi. Savaşanlar elə bil ki, Mollanı gözləyirmişlər.
Küçədə heç kəs qalmadı. Molla soyuqdan titrəyə-titrəyə evə
qayıdır. Arvadı soruşur:
– A kişi, dava nə üstündə idi?
Molla deyir:
– Başa düşmədim. Deyəsən, bizim yorğanın üstündə imiş. Yorğanı
apardılar, dava da qurtardı.
Top