Molla bir gün özünə bir təzə əba alır. Çiyninə salıb çıxır bazara.
Bir nəfər tanış rast gəlib soruşur:
– Molla əmi, əbanı neçiyə alıbsan?
Molla deyir:
– On manata.
– İki-üç addım getməmiş ikinci bir adam qabağına çıxıb, əbanı
görcək soruşur:
– Molla əmi, əbanı neçiyə alıbsan?
Molla buna da deyir:
– On manata.
Di üçüncü, dördüncü, beşinci... Mollanı lap boğaza yığırlar. Axırı
kişi təngə gəlib qayıdır evə, soyunur, tir-tab uzanıb özünü vurur ölülüyə.
Arvad haray-dad salır ki, Molla ölüb. Eşidən, bilən yığışır Mollanın
evinin qabağına. Elə ki bütün camaat yığışır, Molla yerindən qalxıb
dırmaşır dama, bütün gücünü yığıb, uca səslə qışqırır:
– Ay camaat, eşidin, bilin, əbanı on manata almışam ey... On manata!
Top