Varlılardan biri yaylaqda bir otaq tikdirir. Otağa bir neçə qapı, beşaltı
da pəncərə qoydurur. Hazır olduqdan sonra böyük bir qonaqlıq verir.
Mollanı da dəvət edir. Söhbət əsnasında Molladan soruşurlar ki:
– Necədi Molla? Otaq xoşuna gəlirmi?
Molla deyir:
– Gəlir. Yaxşı qış otağıdı.
Soruşurlar ki:
– Molla, bəs niyə qış otağı?
Molla deyir:
– Görmürsünüz nə qədər qapı-pəncərə qoydurub?.. Bu, nahaq
yerə deyil ki... Qəsdən belə eləyib ki, isti olsun da...
Soruşurlar ki:
– Niyə, qapı-pəncərəsi çox olan otaq isti olar?
Molla deyir:
– Əlbəttə, isti olar. Bizim otağın bircə qapısı, bircə dənə də pəncərəsi
var. Qışda ki ikisini də möhkəm-möhkəm örtürük, ev olur hamam
kimi. İndi siz bir fikirləşin, görün, bunun bütün qapı-pəncərələrinin
hamısı birdən örtülsə, necə isti olar?
Top