Günlərin birində Molla balıqçıların tor çəkmələrinə tamaşa
eləyirmiş. Birdən ayağı sürüşüb suya yıxılır. Balıqçılar toru buraxıb tez
onun harayına gəlirlər. Balıqçılardan biri zarafatla soruşur:
– Molla, suyun içində nə qayırırsan?
Molla deyir:
– Suda nə qayırırlar? Gördüm tutduğunuz balıqların içində naqqa
balıq yoxdu, dedim qoy mən də olum naqqa balıq, düşüm tora, bəlkə
qazancınız artıq olsun.
Top