Molla bir gün dəyirmana dən aparır. Baxır ki, dən çoxdur, növbədə
durub gözləyir. Hərdən bir də göz-gözə vurub o biri çuvallardan taxıl
götürüb öz çuvalının başına tökür. Dəyirmançı Mollanın işini başa
düşüb soruşur:
– Molla, nə eləyirsən?
Molla görür ki, işin üstü açılıb, özünü avamlığa vurub deyir:
– Sən mənə çox da fikir vermə. Mən elə, bir az dəli təhərəm.
Dəyirmançı deyir:
– Yaxşı, əgər dəlisənsə, öz taxılından özgənin çuvalına niyə tökmürsən?
Molla deyir:
– Mən sənə dedim dəliyəm, demədim ki sarsağam.
Top