Günün birində Teymur Ləng Mollaya deyir:
– Molla, saraya bir münəccim lazımdır, tapa bilmirik. Sənin əlindən
munəccimlik gəlməz?
Molla deyir:
– Gələr, amma arvadla birlikdə.
Teymur soruşur:
– Bu nə deməkdi?
Molla deyir:
– Dövr-qədimdən bizim arvadın sözü ilə mənim sözüm həmişə
tərsinə olur. Məsələn, mən axşam havaya baxıb deyəndə ki, sabah yağış
yağacaq, arvad hökmən baxıb deyir yağmayacaq.
Özü də sözü ki, dedik, üstündə möhkəm dururuq. Öldü var, döndü
yoxdur. O deyəndə ki, məsələn, bu il taxıl yaxşı gələcək, mən deyirəm
gəlməyəcək. Neçə ildi ki, fikir vermişəm, həmişə ya onun dediyi olur,
ya da mənim. Üçüncü cür heç olmur. Odur ki, arvadla mən ikimiz bir
münəccim ola bilərik.
Top