Bir gün Molla meşədə odun qırırmış. Canavarlar onun eşşəyini
aralığa salıb yeyirlər. Molla bir də baxır ki, eşşəkdən bircə sür-sümük
qalıb. Bu halda yol ilə gedən bir nəfər canavarların dağ yuxarı çıxdığını
görüb qışqırır:
– Molla, qoyma canavarlar qaçır. Odu ey... dağa çıxırlar.
Molla deyir:
– Qışqırma, canım, tox canavara başyuxarı niyə əziyyət verirsən!
Qoymazsan heyvanlar rahat-rahat çıxsın...
Top