Günlərin birində Mollanın eşşəyi itir. Molla şəhərə düşüb "ay eşşək
görən, ağbatı xeyir olan" deyib car çəkir. Amma car çəkib axtaraaxtara
bir tərəfdən də şükür eləyir. Görənlər soruşurlar:
– Ay Molla, eşşəyin itib, daha şükür niyə eləyirsən?
Molla deyir:
– Şükür eləyirəm ki, nə yaxşı eşşək itəndə mən onun üstündə deyilmişəm.
Yoxsa indi mən də itmişdim, uşaqlarım yetim qalmışdı.
Top