Molla bir gün yolda eşşəyini itirir, nə qədər axtarırsa, tapa bilmir.
Axırda əl çəkib piyada evə qayıdır. Bir az gələndən sonra qonşusu çıxır
qabağına. Molla qonşusunu görcək soruşur:
– Qonşu, kənddə təzə nə var, nə yox?
Qonşu deyir:
– Elə təzə bir şey yoxdur. Necə?
Molla soruşur:
– Bəs kənddə danışmırdılar ki, Mollanın eşşəyi itib?
Qonşu deyir:
– Yox, eşitməmişəm.
Molla tez şükür eləyir ki:
– Allaha şükür. Deyəsən eşşəyin itməyi yalan olacaq. Əgər doğrudan
itsəydi, camaat danışardı.
Top