Yenə də bir gün Molla eşşəyini götürüb meşəyə odun qırmağa gedir.
Bir də baxır ki, əlləri yaman soyuyub. Yadına düşür ki, adam öləndə
qabaqca əli-ayağı soyuyar. Tez ayaqlarını yoxlayır. Görür ki, yox,
elə ayaqları da əməlli-başlı soyuyub. Fikirləşir ki: "deməli, mən ölmüşəm".
Arxasıüstə uzanır yerə, gözlərini də yumur.
Sahibsiz qalmış eşşək dolana-dolana girir ağaclığa. Bu anda bir
neçə canavar eşşəyi görüb tökülürlər üstünə. Molla şıqqıltıya başını
qaldırıb görür ki, canavarlar kamali-qayda ilə eşşəyi yeyirlər. Molla
baxıb-baxıb deyir:
– Ax, ay köpək oğlunun canavarları... Olaydı Molla Nəsrəddin diri,
yeyəydiniz görəydim necə yeyərsiniz onun eşşəyini. Ölənin eşşəyini,
əlbəttə, yeyərlər.
Top